Arçut, Ənənənin çiçək açdığı yer !

Xoş Xəbər sabahın nəslini hər bir fərd üçün daha parlaq gələcək və ümid üçün gücləndirir.

1978

2023

Əsas Paylaşımlar

Youtube kanalımıza abunə olmağı unutmayın!

Arçut orta məktəbinin yüzillk yubileyinin keçirilməsinə hazırlıqlar başlanıldı

2024-cü ilin mart ayının 17-də Mirzə Fətəli Axundov adına Arçut kənd orta məktəbinin yüzillik yubiley tədbirinin keçirilməsi ilə bağlı “Arçut İcması”nın və “ARDIC” Hərəkatının birgə iclası keçirildi. İcmanın “Məşvərət-Məsləhət Məclisi”nin “ARDIC” Hərəkatı ilə birgə keçirdiyi iclası “Arçut İcması”nın sədri Rəfayət İsmayılov açıq elan elədi və gündəlikdəki məsələləri bəyan etdi. Gündəliyə iki mühüm məsələ salınmışdı: Birincisi, yubiley tədbirinin 2024-cü ilin may ayının 25-nə təyin olunmasının müzakirə olunması, ikincisi, tədbirin keçirilməsi formatının müəyyən olunması. Hər iki məsələ müzakirə olunaraq səsə qoyuldu və səs çoxluğu ilə qəbul edildi. Qərara gəlindi ki, tədbir may ayının 25-də təntənəli şəkildə, Bakı şəhərində yerləşən şadlıq saraylarının birində təşkil olunsun. Tədbirin formatı, məzmunu və əhəmiyyəti, eləcə də qarşıda duran məsələlər barədə Təşkilat Komitəsinin sədri, İcma üzvü hörmətli həkim alimimiz Akif Daşdəmirov, İcmanın digər üzvlərindən Arçutun ziyalı oğlu Malik Süleymanov, Murtuz Qazıyev, Gəray Həsənov və “ARDIC” Hərəkatının fəal üzvlərindən olan Elxan Xəlilov, Niyaz Əmiraslanov və Firdovsi Usubov, eyni zamanda İcmanın“ Gənclər Şurası”nı təmsil edən nümayəndələrdən Samir Məmmədov və Eltun Ələsgərov dəyərli fikirlər bildirdilər. Tədbirin proqramının müəyyən olunması və kənd sakinlərinə geniş açıqlanması Təşkilat Komitəsinə həvalə edildi.

Arçut kəndi haqqında qısa məlumat

Arçut kəndi Ermənistanın şimalında, Bazum sıra dalğalarının cənub-şərq ətəyində yerləşir. Dörd tərəfdən azərbaycanlı kəndləri ilə əhatə olunmuşdur. Cənubdan Hamamlı rayonunun Saral kəndı, Cənub-Qərbdən Hamamlı rayonunun Qursalı kəndi, Şimaldan Bazum sıra dağları, Şərqdən isə Xancığazla həmsərhəddir. Sahəsi 28,5 kv. km-dir. Kəndin girişi Dınqaran yol ayrıcından, Dölləkdə (heyvanların döl tutulan yeri) Qışqanallın dönüşünə qədər 2 262 m-dir. Kəndin ortasından axan Arçut çayı mənbəyini Bozabdal sıra dağlarından alır. Burada mineral su mənbələri, tuf inşaat daş yataqları vardır.

Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi, mağazalar var. 170 hektar əkin sahəsi əkilir, bağlar, otlaqlar, çəmənliklər var. Arçut kəndinin cənub hissəsində Pəmbək dərəsindən Pəmbək çayı axır. Çayın uzunluğu 86 km-dir. Dərəçayı, Arçut çayı və Hallavar çayı Pəmbək çayına qovuşur. Arçut kəndinin cənub ərazisində Pəmbək dərəsinin "Cələ" deyilən ərazisindən Cənubi Qafqaz Dəmiryolunun Böyük Qarakilsə (Vanadzor) marşrutunun dəmir yolu keçir və stansiyanın adı Arçut (keçid məntəqəsi) adlanır. Dəmir yol xətti 1899-cu ildə açılmışdır.

Youtube kanalımıza abunə olmağı unutmayın!

Ən Son Paylaşımlar

Fəallıq

İcma

Mədəniyyət