İdman

Xəbər verdiyimiz kimi 01.06.2025-ci tarixində start götürən “Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatı 25.06.2025-ci il tarixində başa çatdı. 18 komanda arasından Böyük Qarakilsə komandası "C" qrupunda qərarlaşmşdır. İlk oyununu 02.06.2025-ci il tarixində Sərdərəbad komandası ilə keçirdi və 8 - 0 hesabı ilə qalib gələrək 3 balını qazandı. 2-ci oyununu 08.06.2025-ci ildə "Karvansaray" komandası ilə keçirdi və 1 -1 oldu. Aktivinə növbəti 1 xalı qazandırdı. Növbəti oyunlarda da qalib gələrək 4/1 finala vəsiqə qazandı. 4/1 finalda isə "Barana" FK-u ilə goru.ərək 4 - 3 hesabı ilə qalib gələrək 2/1 finala yüksəldi. Lakin 2/1 finalda məğlub olaraq 3-cü yer uğurunda mübarizəyə qatıldı. "Paşalı" FK-nu böyük hesabla məğlub edərək 3-cü yeri təmin etdi. Buna baxmayaraq komandamız həm texniki, həm taktiki cəhətdən mükəmməl oyun nümayiş etdirdiyinə görə oyunçularımız bir neçə nominasiyalar üzrə mükafatlandırıldılar.

“Qərbi Azərbaycan Kuboku” uğrunda II minifutbol çempionatı

Related Stories