Hümbətov Fərhad Qənbər oğlu

1968-ci ildə indiki Qərbi Azərbaycan Böyuk Qarakilsə rayonunun Arçut kəndində doğulub. Arçut kənd orta məktəbinin 8-ci sinifini bitirib. Hamamlıda (Spitakda) 60 saylı texniki peşə məktəbinda sürücü-mexanik peşəsinə yiyələnib. 1986-cı ilda hərbi xidmətə çağırılıb. Monqolustanda. Irkutskda tank sürücüsü olub, vzvod komandirinin müavini işləyib. 1988-ci ildə Ermənistandakı azərbaycanıların qovulduğu zaman baş serjant rütbəsində ordudan qayıdıb. Ailələrini Bakıya köçürüb. Burada rabitəçi ixtisasına yiyələnib. Qreyder sürücüsü iş layib.

20 yanvar gecəsində rus tankı Fərhadın qreyderini divara sıxıb. Özü və dostu Rafiq Paşayev təsadüf nəticəsində salamat qalıblar. Sonralar Fərhad könüllü şəkildə Azərbaycan Milli Ordusuna yazılıb və özü dəstə yaradaraq, cəbhəyə yola düşüb. Goranboy ərazisində hünər və rəşadət göstərib. Martın 7-də Şuşa-Kosalar-Xankəndi əməliyyatların da xüsusilə fərqlənib. Düşmənin 5 postunu dağıdıb, onlarca erməni öldürüb. 1992-ci il martın 29-da isə Fərhadın dəstəsi düşmənlə qeyri-bərabər döyüşə girib və igid soydaşımız namərd gülləsinə tuş gəlib.

Ölümündən sonra Azərbaycan Milli Qəhrəman adına layiq görülmüşdür.