Məmmədov Ayaz Süleyman oğlu


Məmmədov Ayaz Süleyman oğlu, 01.02.1973-cü il tarixində Qərbi Azərbaycanın Böyük Qarakilsə rayonunun Arçut kəndində anadan olmuşdur.
Birinci sinifə Arçut kənd orta məktəbinə getmişdir. 1988-ci il tarixindən Bakı şəhərinə məskunlaşaraq 19 saylı orta məktəbin 9-cu sinfində oxuyaraq 1991-ci il tarixində həmin məktəbin 11-ci sinifini bitirib. 1994-cü il tarixdə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Mərmərə Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2000-ci il tarixdə həmin Universitetdən məzun olduqdan sonra Bakı şəhərinə qayıtmışdır.
2000-ci il tarixdən 2005-ci il tarixə qədər "Güllübulaq" Firmasında baş hüquqşünas vəzifəsində işləmişdir. 2006-cı il tarixdən 2010-cu il tarixə kimi Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsində hüquq şöbəsinin rəis müavini vəzifəsində işləyib. 2010-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında Yasamal Rayon Məhkəməsinin hakimi təyin olunmuşdur .
Ailəlidir, üç uşaq atasıdır.
Prezident İlham Əliyev "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.
Ayaz Süleyman oğlu Məmmədov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Şabran Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;