Həsənov Novruz Əhməd oğlu


Həsənov Novruz Əhməd oğlu – Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tibb elmləri doktoru, 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Gəncə şəhərində A.Səhhət adına xəstəxananın kardiologiya şöbəsində bir il internaturanı keçdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təyinatı ilə Mingəçevir şəhərinə göndərilmiş və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının poliklinika şöbəsində sonra isə Kardiologiya şöbəsində kardioloq kimi fəaliyyət göstərmişdir.
1985-ci ildə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun Kliniki Farmakologiya və Daxili xəstəliklərin propedevtikası kafedrasında ilk dəfə olaraq "Uzunmüddətli təsirə malik nitratların antianginal effektivliyinin ətraf mühitin klimatik faktorlarından (Rusiya və Azərbaycan şəraitində temperatura, nisbi rütubıt və oksgenin parsial təziyqindən) asılılığını" müqayisəli şəkildə öyrənərək 1988-ci ildə elmi tədqiqat işini tamamlayaraq namizədlik dissertasiyasını müdafiə etmişdir.
1989-2017 illərdə Mingəçevir Mərkəzi Şəhər xəstəxanasının kardiologiya şöbəsinin müdiri, 2017 ildən isə Mingəçevir MŞX Terapiya şöbəsinin müdiridir. Ali dərəcəli kardioloqdur.
2005-ci ildə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının doktoranturasına qəbul olmuş və "Azərbaycan Respublikası əhalisi arasında arzu olunmaz dərman reaksiyalarının farmakogenetik əsasları: ksenobiotiklərin detoksikasiya sistemlərində polimorf genlərin əhəmiyyəti" adlı elmi-tədqiqat işini 2008-ci ildə Moskvada Rusiya Federasiyası Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə Rusiya Federasiyasının Tibb Elmləri Doktoru elmi dərıcısi adını, 2010-cu ildə isə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya komissiyasının 74 N-li əmpi ilə yaradılmış birdəfəlik dissertasiya şurasında müdafiə edərək Azərbaycan Respublikasının Tibb Elmləri Doktoru elmi dərəcəsi adını almışdır.


1990-1995 illərdə 18 N-li seçki dairəsindən Azərbaycan Pespublikası Mingəçevir Şəhər Sovtinin deputatı seçilmiş və həmin illərdə Səhiyyə daimi deputat komissiyasının sədri olmuşdur
1991-1995 illərdə Novruz Həsənovun təşəbbüsü ilə C.Abdullayev adına Kardiologiya Elmi tədqiqat institunun Mingəçevir filialını yaratmış və həmin filialın direktoru vəzifəsinə irəli sürülmüşdür.
“Daxili xəstəliklər klinikasında fərdiləşdirilmiş təbabətin kliniko-farmakoloji texnologiyası” adlı monoqrafiyası və Tibb universitetlərinin tələbələri üçün “Kliniki farmakogenetikanın əsasları” adlı tədris-metodik vəsaiti çap olunmuşdur
Respublika və xarici ölkələrin jurnallarında 52 elmi məqaləsi dərc olunmuşdur.
Sağlamlıq jurnalının redaksiya şurasının üzvü, Azərbaycan və Avropa kardiologiya cəmiyyətlərinin üzvüdür.