Əhmədov Hüseynxan Alxas oğlu


1962-ci il dekabr ayının 14-də Ermənistan SSR Yaqublu (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. Elə həmin kənddə 10 illik orta təhsil almışdır. 1988-ci ildə hərbi xidmətə ça- ğırılmışdır. Ukraynada hərbi xidmətini başa vurduqdan sonra öz doğma Vətəninə qayıtmışdır. O, Bakıda 26 Bakı komissarları» adına zavodda işləyirdi. Torpaqlarımızın erməni tapdağına çevrilməsi Hüseynxanı rahat buraxmırdı. Qeyrətli Vətən oğlu 1993-cü il avqustun 21-də cəbhəyə yollandı. O, Qubadlı rayo- munun Balasultanlı kəndinin müdafiəsində cəmi 4 gün oldu. 1993-cü il avqust ayının 25-də ermənilərin atdığı top mərmisi onların kazarmalarını dağıtdı. Həmin an həlak olanlar arasında Hüseynxan da vardı.