Alıyev Cəmil Məhərrəm oğlu

Əliyev Cəmil Məhərrəm oğlu 1964-cü ildə Qərbi Azərbaycan Böyük Qarakilsə rayonunun Arçut kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə Arçut kənd orta məktəbində orta təhsil almışdır. 1983-cü ildə əsgərliyə çağırılan Cəmil hərbi xidmətini Rusiyanın Vladivostok vilayətində keçirmişdir. 1986-cı ildə starşina, tank komandiri kimi ordudan tərxis olunmuşdur. 1988-ci ildə ailəsilə birlikdə Ermənistandan qovularaq Azərbaycana köçmüşdür.

Bir müddət sonra Cəmil torpaqlarımızı erməni quldurlarından təmizləmək üçün könüllü olaraq cəbhəyə yola düşür. Cəmil qibtə ediləcək iradəyə, cəngavərlik keyfiyyətlərinə malik bir oğul idi.