Abuzər Yusif oğlu Qazıyev

Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Böyük Qarakilsə rayonunun Arçut kədində dünyaya gəlib.

1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir.

1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir.

1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir.

2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir.

Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur.

Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.

A.Qazıyevə "Azərbaycan Respublikasının Əməkdar Müəllimi" fəxri adı verilmişdir.

Ana dili ilə yanaşı Türk, Rus və Alman dillərini də bilir.

Ailəlidir, 2 oğlu, 1 qızı var.